top of page
QUSARDAN ORQANİK
QUSARDAN – 100 % orqanik ət və süd məhsulları brendidir. Azərbaycanın ekoloji cəhətdən təmiz bölgələrindən biri olan Qusarda qədim İtaliya ənənələri və yeni nəsil texnologiyalar ilə dünyaca məşhur pendirlər də daxil olmaqla, 30-dan çox çeşid hazırlayırıq. Pendirlərimiz fermamızda yalnız təbii otla qidalanan inəklərin tərkibində heç bir qatqısı olmayan südündən əldə olunur. İstehsal prosesinə italiyalı mütəxəssis rəhbərlik edir. Şirkətimiz tərəfindən yüksək keyfiyyətli kərə yağı və keto dondurma, həmçinin ət məhsulları da istehsal olunur.
Pendir
QUSARDAN pendirləri yalnız təbii otla qidalanan inəklərimizin pasterizə edilmiş südündən alınır. İstehsal prosesində İtaliya texnologiyasından istifadə olunur. Məhsullara heç bir kimyəvi qatqı vurulmur.
Ət
QUSARDAN ət məhsullarının tərkibi tamamilə orqanikdir. Kolbasa, sosiska və sucuq çeşidlərimiz fermamızda sağlam bəslənilən inəklərin və kənd toyuqlarının ətindən hazırlanır. Məhsulların tərkibində təbii kərə yağı, zeytun yağı, sarımsaq və ədviyyatlar yer alır.
Kərə yağı
QUSARDAN təbii kərə yağının yalnız otla bəslənən və xüsusi qulluq olunan inəklərimizin südündən əldə olunur. Pasterizə edilmiş süddən götürülən qaymaqdan çox keyfiyyətli kərə yağı hazırlayırıq.
Keto Dondurma
Keto dondurmalarımız pasterizə edilmiş inək südü, təbii qaymaq və kənd yumurtasından hazırlanır. Həmçinin tərkibinə stevia (şəkər otu) bitkisinin yarpaqlarından əldə edilən təbii dadverici və şəkər əvəzləyicisi vurulur.
Orqanik Qida
Orqanik qida sürətlə qloballaşan dünyada zəruri tələbata çevrilməkdədir. İstehsalının ekoloji mühitə, istifadəsinin isə insan sağlamlığına faydalı olması təbii məhsulun dəyərini artıran əsas amillərdir. QUSARDAN milli brendinə aid 100 % orqanik ət və süd məhsulları da kimyəvi qatqı istifadə edilmədən hazırlanır. Çeşidlərimiz pestisidsiz, herbisidsiz, hormonsuz, antibiotiksiz və GMO-suz olur. Şirkətimiz ət və süd məhsullarının orqanikliyi üçün tələb olunan meyarlara dəqiqliklə əməl edir. Fermamızda heyvanlara yalnız təbii yem verilir, xəstəliklərin qarşısını almaq üçün antibiotiklər və dərmanlardan istifadə olunmur. Əməkdaşlarımız onların sağlam bəslənməsi üçün təbii üsullardan istifadə etməklə yanaşı, saxlanma yerlərinin və otlaqların təmizliyinə diqqət yetirirlər. Heyvanların açıq havaya çıxışına da böyük önəm verilir. Orqanik qidaların tərkibində faydalı antioksidantların miqdarı çox, zərərli maddələrin miqdarı isə minimum səviyyədədir olur. Bu məhsulların istehlakı ürək-damar xəstəliklərinin, görmə problemlərinin və erkən qocalmanın qarşısının alınmasında olduqca faydalıdır. Təbii qida xərçəngə qarşı bədənin müqavimətini artırır, bəzi infeksiyaların meydana gəlməsinin qarşısını alır. Həmçinin toksinlərin xaric olmasını təmin edir, hüceyrələrin və toxumaların quruluşunu qoruyur. Orqanik məhsullar Qərb ölkələrində çoxdan məşhurdur və artıq ölkəmizdəki mağazalarda da tədricən görünməyə başlayıb. Onlardan biri də orqanikliyinə tam zəmanət verdiyimiz QUSARDAN 100 % orqanik ət və süd məhsullarıdır.
bottom of page